Populyar məqalələr

Dilatasion kardiomiopatiya
17.03.2018 2047

Kardiomiopatiya ürək əzələsinin gücsüzləşməsi ilə özünü büruzə verən xəstəlikdir. Bu da öz növbəsində ürəyin funksiyalarına mənfi təsir edir. Kardiomiopatiya 4 qrupa bölünür:

  • Dilatasion kardiomiopatiya
  • Hipertrofik Kardiomiopatiya
  • Restriktiv Kardiomiopatiya
  • Aritmogenik sağ mədəcik kardioimiopatiyası

Dilatasion kardiomiopatiya doğuşdan yarana genetik və xroniki ürək xəstəliyidir. Ürəyin ölçüsünün böyüməsi və ürəyin sıxılma açılmasının zəifləməsi ilə özünü göstərən xəstəlikdir.

Ürəyin öz funksionallığının zəifləməsi ilə ağciyərlərə, qaraciyər və digər orqanlara öz mənfi təsir göstərir. Ürək çatışmazlığının səbəblərindən biri olub əsasən inkişaf edən xəstəlikdir. Xəstəyə görə əlamətləri və şiddətlilik dərəcəsi fərqli olur. Bu xəstəlik əsasən gənc və ya uşaqlarda olur.

Xəstəliyin digər səbəbləri:

  • Aorta damar xəstəlikləri
  • Tiroid vəzi xəstəlikləri
  • Diabet
  • Viral ürək infeksiyaları
  • Dərman

Əlamətləri:

  • Təngnəfəslik
  • Çəki artıqlığı
  • Baş dönməsi
  • Sinədə ağrı
  • Ayaqlarda şişkinlik

Xəstəliyin müalicəsi səbəbinə uyğun şəkildə müalicə edilir. Dilasion kardiomiopatiyadan əziyyət çəkən insanların ailə üzvlərinin kardioloji müayinədən keçmələri tövsiyə olunur.