Dərman allergiyaları
07.08.2017
1563
Dərman allergiyası immun sisteminə əsaslanan dərman preparatlarına qarşı həddən artıq həssaslıqla özünü göstərir.
Dərman allergiyalarının qeyri-allergik mənşəli ağırlaşmalarından fərqli olaraq, aşağıda qeyd olunan cəhətlərlə xarakterizə olunur:
- Özünü allergik xəstəliklərin klassik əlamətləri ilə büruzə verir
- Dərmanın ən kiçik dozasının qəbulunda özünü göstərə bilir Dərman preparatlarının ilkin qəbulundan sonra 5-7 gün “sensibilizasiya dövrünün” keçməsi lazımdır (gizli sensibilizasiya istisnadır)
- Dərman preparatları farmakoloji təsirini xatırlatmır.
- Qeyd olunan dərman preparatlarının növbəti qəbulu zamanı özünü büruzə verir
- Bir neçə eyni kimyəbi tərkibə və ya struktura malik olan dərman preparatlarının birlikdə qəbulu nəticəsində çarpaz allergik reaksiya yarana bilər.
Dərman allergiyası olan insanlara tövsiyələr
- Kimyəvi tərkibi və strukturu oxşar olan dərman preparatlarının qəbul etməməli
- Həkim məsləhəti ilə müalicə planı olmalı
- Dərman preparatlarının qəbulunda göstərişlərə ciddi əməl etməli
- Öz başlarına müalicədən çəkinməli (həkim müayinəsi olmadan)
- Dərman preparatlarına allergiyası olan şəxs bu barədə məlumat olan kartı özü ilə birgə gəzdirməli (bununla yanaşı, ev ünvanı və əlaqə nömrəsini də qeyd etməli)
- Digər həkim müayinəsində olduqları zaman allergiya haqqında onları məlumatlandırmalı