Xəbərlər

Çəpgözlük
02.03.2021 248

Çəpgözlük hər iki gözün bir-biri ilə olan paralelliyini itirməsidir. Hər gözü əhatə edən 6 əzələ vardır. Onlardan bir və ya bir neçəsinin qüvvət azlığı və ya çoxluğu nəticəsində çəpgözlüyə səbəb olur. Bir göz düz baxan zaman digəri sağa və ya sola, yuxarı və ya aşağı baxır. Bəzən bu cür sürüşmə hər iki gözdə də mövcud olur. Gözlərdəki çəplik qalıcı və müvəqqəti olaraq davam edə bilər. Çəpgözlüyün konkret bir səbəbi yoxdur. Fərqli səbəblərə əsaslanan çəpgüzlük özünü büruzə verə bilər.


Çəpgözlüyün əlamətləri:
• Gözdə paralelliyin itməsi
• Ağrı
• Baş ağrısı
• İki görmə
• Bulanıq görmə
• Baş və ya üzün bir yana dönük olması və s.


Göz əzələlərinin hərəkətini nəzarət altında saxlayan mərkəz beyində yerləşir. Bu səbəblə sinirlərin iflic olması gözlərdə problemlər yaradır. Qəzalar, baş travmaları, yüksək hərarətli xəstəlikləri, böyük yaşlarda isə yüksək təzyiq və diabet xəstəliyi kimi vəziyyətlərdə göz sinirləri iflic ola bilər.


Çəpgözlüyün müalicəsində erkən diaqnoz vacibdir. İlk göz müayinəsi gecikdirildiyində uşaqların gözlərin estetik problemlərlə yanaşı ömür boyu davam edəcək görmə azlığı problemləri də yarana bilər. Doğuşdan sonra uşaqların göz şikayəti olmasa da mütəmadi olaraq həkim müayinəsindən keçirilməlidirlər.


Oftalmologiya Bölməsinin Həkimləri
• Uzm.Dr. Anıl Rəsmi
• Uzm.Dr. Fuad Hidayətov

Həkimin qəbulu:
Həftə içi 6 gün saat 09:00-dan 17:00-a qədərdir.