Populyar məqalələr

Boğaz əti. Doğru bilinən yanlışlar
14.03.2018 1377

Yanlış: Badamcıqlar orqanizmdə filtr rolunu oynayır, onları əməliyyat etdirmək düzgün deyil.

Doğru: Sağlam insanlar üçün bu fikir doğrudur. Lakin ildə 4 dəfə və daha çox iltihablanan, xroniki iltihabı olan ağız qoxusuna səbəb olan badamcıqlar orqanizm üçün təhlükəlidir. Onların əməliyyat edilməsi vacibdir.

Yanlış: Badamcıq əməliyyat olunarsa, farengit yarana bilər

Doğru: Bunu təsdiq edən tibbi sübut yoxdur. Əməliyyat keçirmiş xəstələr də digər insanlar kimi sağlam yaşaya bilərlər. Üst tənəffüs yolları xəstəliyi əməliyyat olunmamış xəstələrdə də özünü göstərə bilər.

Yanlış: Badamcıqlar əməliyyatdan sonra yenidən əmələ gəlir.

Doğru: Boğazda halqa qrup şəklində yerləşmiş 4 qrup badamcığın birinin əməliyyatla xaric edilməsidir. Zaman keçdikcə müəyyən səbəblərdən digərləri böyüyüb iltihablaşa bilir.