Populyar məqalələr

Böcək allergiyası
17.08.2017 1336

Hər insan böcək dişləməsinə müxtəlif reaksiya verir. Çox vaxt yüngül qızartı, şişmə, qaşıntı yaranır və 1 saat ərzində geriləyib, itir. Ancaq böcək allergiyası zamanı əlamətlər daha şiddətli, uzun və ağır olduğundan təhlükəlidir

Böcək allergiyasının əlamətləri:

  • Şiddətli qaşınma
  • Tənəffüsdə və nitqdə çətinlik
  • Gözlərin qızarması və qaşınması
  • Dərinin qızarması
  • Ağız, dil və bütün bədənin şişməsi
  • Dişlənilmiş nahiyədə ıstilik, uyuşma
  • Hərarət
  • Ürək bulanması və qusma
  • Əzələlərdə spazma
  • Ürək döyüntüsünün sürətlənməsi
  • Huşunu itirmə

Böcək dişləməsinə qarşı reaksiya 20-30 dəqiqə ərzində və ya bir neçə gün sonra özünü büruzə verə bilər. Allergiya baş verdiyi zaman təcili və təxirəsalınmaz yardım etmək və həkim nəzarəti altında allergiyanın hansı böcəyə qarşı olduğunu müəyyən edərək müalicə aparılmalıdır.