Populyar məqalələr

Badımcan
12.08.2017 1193

Badımcan sağlamlığa bir çox faydası olan tərəvəzdir. Badımcan A vitamini ilə zəngindir. Bununla yanaşı tərkibində C, E, K vitaminləri də vardır.

Badımcan zəngin tərkibi ilə ürək-damar sisteminə müsbət təsir edir, qanda xolesterinin səviyyəsini normada saxlamaq üçün faydalıdır. Həzm sisteminə xüsusilə qəbizliyə yararlı təsirləri vardır, bağırsaq xərçənginin qarşısını alır.

Lifli tərəvəz olan badımcanda karbohidrat aşağı olduğuna görə bu tərəvəz diabet xəstələrinə tövsiyə edilir.