Populyar məqalələr

B5 vitamini
08.09.2017 1135

B5 vitaminin digər adı pantotenik asiddir. Bitki və heyvan mənşəli qidalarda olur. Maddələr mübadiləsində, yağ, karbohidrat və proteinin parçalanmasında iştirak edir.

B5 vitamini karbohidrat, protein və yağın enerjiyə çevrilməsinə yardım edir. Stressə qarşı mübarizə geniş yer tutur. B5 vitamini antistress vitamini olaraq da bilinir. Böyrəküstü vəzin funksiyalarının normal həyata keçirməsində rol oynayır. Saçların uzanması üçün vacibdir, qaraciyəri qoruyur.

Bir çox qida məhsullarında olduğu üçün əksikliyi çox nadir hallarda olur. Orqanizmdə əksik olduğu halda aşağıdakı əlamətlər özünü büruzə verir.

  • Baş ağrısı
  • Yorğunluq
  • Əllərdə titrəmə
  • Saç tökülməsi

Qırmızı ət, qaraciyər, maya, toyuq, balıq, yumurta, taxılkimilər, paxlakimilər, fındığın tərkibi B5 vitamini ilə zəngindir.