Populyar məqalələr

Ağız boşluğundakı yaralar
06.03.2018 1699

Yanaq, dodaq və diş ətlərində yaranan oval və ya yuvarlaq yaralar əsasən başqa bir səbəbə bağlı olaraq özünü büruzə verir.

Ağız boşluğundakı yaraların müalicə edilməsi üçün səbəbi müəyyən etmək vacibdir. Ağız boşluğundan tez-tez yaranan və ölçüləri 0,5 sm-dən kiçik olan yaralar 7-10 gün arasında sağalır. Ölçüsü 1-3 sm arasında olan yaraların sağalması 6 həftəyə qədər uzana bilər.

Herpes virusuna bağlı olan yaralar 7 gün ərzində sağalır. Ağız boşluğu yaralarına genetik meyillilik, qidalar, dərman allergiyası diş və diş əti problemləri immuniteti zəiflədən xəstəliklər, fiziki və emosional stress səbəb ola bilər. Bununla yanaşı, təsadüfən dişləmə, yanlış fırçalama, qırıq və sivri olan dişlər, yaxşı hazırlanmayan protezlər ağız boşluğundakı yaralara səbəb olur.

Uzun müddətli keçməyən ağız boşluğu yaralarının səbəbini müəyyən etmək üçün həkim müayinəsindən keçmək vacibdir.