Varikoz genişlənməyə səbəb, bir çox xəstəliklərdə olduğu kimi, artıq çəki problemi ola bilər.Varikoz bəzən, ürək xəstəliklərinin də xəbərçisi olur.Varikozdan xilas olmaq üçün, erkən diaqnozun mühüm əhəmiyyəti vardır.
Varikoz genişlənmə damarların uzanması və diametrinin artması deməkdir.Bədənin hər hansı bir hissəsində əmələ gələ bilər. Ancaq bədəndə ən çox təzyiq ayaqlara düşdüyü üçün, varikozun ən çox göründüyü yerlər də ayaqlar olur.
Varikozun meydana gəlməyində təsirli olan bir çox faktor var: artıq çəki, hamiləlikdə yaşanan hormon dəyişməsi, estrogenli dərman istifadəsi, uzun müddət oturaq iş, uzun müddət ayaqüstü qalmaq, idmansız həyat, siqaret, spirt və yaşlılıq.
Hamiləlik, ardıcıl olaraq qorunmaq üçün həblərdən istifadə etmək və hormonal faktorlar, varikozun qadınlarda daha çox olmasına səbəb olur.Genetika da varikozun meydana gəlməsinə böyük təsir edir. Anasında varikoz olan qadınlarda, bu xəstəliyin olması riski var.
Varikoz genişlənməsi olanlar nələrə diqqət yetirməlidirlər?
• İsti damarları genişlətdiyi üçün, həddindən artıq isti duş qəbul etməyin.
• Çox yüksək olan dikdaban ayaqqabı geyinməyin.
• Uzun müddət eyni vəziyyətdə ayaqüstü qalmamağa çalışın. - Həmişə hərəkətdə olmağa çalışın.
• Qıçları işlətdiyi üçün üzmə hərəkəti də varikoza xeyirlidir. - Dövran pozuqluqlarına səbəb olduğu üçün dar cins şalvar geyinməyin.
• Artıq çəki varikozun artmasına səbəb olacağı üçün çəkinizə diqqət yetirin.
• Axşamlar ayaqları soyuq suda yüngül masaj etmək və yatarkən ayaqların yüksəkdə olmasına fikir vermək lazımdır və s.
Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)