Varikoz xəstəliyi ən çox yayılmış xəstəliklərdən biridir. Dünya əhalisinin 30% bu xəstəlikdən əziyyət çəkir. Əsasən qadınlarda daha çox müşahidə olunur.
Varikoz vena öz elastikliyini itirmiş, genislənmis qıvrılmış və nizamsız formada olan damardır. Onlar dərinin altından mavi rəngdə uzanmış və qıvrılmış liflər halında özünü büruzə verir. Varikoz xəstəliyini yaradan əsas səbəb vena qapaqlarının öz funksiyalarını hər hansı səbəbdən yerinə yetirə bilməməsidir. Nəticədə damarlar təbii formasını itirməklə, müxtəlif fəsadlara səbəb olurlar.
Varikozu yaradan səbəblər aşağıdakılardır:
Əlamətləri:
Varikozun müalicəsi üçün əvvəlcə onu yaradan səbəb müəyyən edilməlidir. Səbəbini yaradan faktorlar ortadan qaldırılandan sonra varikozun müalicəsinə başlanılır.
Varikozun müalicəsi konservativ (preparatlarla) , skleroterapiya və cərrahi yolla aparılır.
Cərrahi yolla əməliyyatlar açıq üsulla (stripping) və lazer üsulu ilə (radiofrekans ablasiya) edilir.