Uşaqlar yay tətilini necə keçirməlidir ?
06.08.2024
123
Tətil zamanı uşaqlar gündəlik etdiklərindən uzaqlaşmalıdırlar. Əgər uşaqlar dərs günlərində məktəbə getmək üçün tez oyanmaq məcburiyyətində qalırsa, tətildə bunun etməyə bilərlər.
Tətil zamanı ən çox məsuliyyət valideynlərin üzərinə düşür. Onlar uşaqların tətildə yetərincə istirahətini təşkil etməyə çalışmalıdırlar. Təbii ki, tətil günlərində dərsə də vaxt ayrılmalıdır. Amma bu 1 saatdan artıq olmaya bilər. Tətil müddətində valideynlər uşaqların daha rahat, azad, sərbəsthərəkət etmələri üçün şərait yaratmalıdırlar.
Tətil müddətində uşaqların təmiz havada daha çox olması məsləhət görüləndir. Yaxşı olardı ki, uşaqlar bu müddətində hər hansı bir idman növü ilə də məşğul olsunlar. Üzgüçülük, gimnastika uşaqlarda qan dövranının yaxşılaşdırılmasına xidmət edir. Bu idman növləri ilə məşğul olması, onların özlərini daha yaxşı hiss etməsi, dərslərinin tez qavranmasına müsbət təsiri ola bilər.
Tətilin maraqlı və səmərəli təşkili uşaqların dərs günlərinə daha enerjili olmasına kömək edir. Uşaqlar normal olaraq 8 saat yatmalı, düzgün qidalanmalı, daha çox ünsiyyətdə olmalıdırlar. Bir sözlər, maraqlı, əyləncəli tətil keçirən, dincələn uşaqlar dərs günlərinə həvəslə hazırlaşırlar.