Xəbərlər

TRİGEMİNAL NEVRALGİYA yaxud üçlü sinir nevralgiyası
14.09.2022 764

Çox vaxt görməzlikdən gəldiyimiz üz ağrılarının altında nevroloji xəstəliklərdən, qulaq, göz, diş problemlərindən, dayaq-hərəkət sistemi xəstəliklərindən tutmuş psixoloji səbəblərə qədər bir çox faktor dayanır. Ən çox görülən səbəblərdən biri nevroloji problem olan Trigeminal Nevralgiyadır.

Trigeminal Nevralgiya yaxud üçlü sinir nevralgiyası üzün ən böyük hissi sinirinin xroniki iltihab xəstəliyi olub, paroksizmal ağrı sindromu ilə xarakterizə olunur.

Trigeminal Nevralgiyalarda olan dözülməz ağrı sindromu xəstənin əsəb sisteminə pozucu təsir göstərərək, depressiya, həyəcan, aqressiv hallar, psixozlara gətirib çıxara bilər.

• Ağrıların çox zaman üzün bir yarısında olması, elektrik şoku şəklində kəskin olması üçlü sinir nevralgiyalarını xarakterizə edir
• Ağrılar adətən üzün alt və üst çənə nahiyələrində müşahidə olunur
• Ağrılar üz yuma, üzə toxunma, gülərkən və danışarkən, yemək yeyərkən başlaya və şiddətlənə bilər.

Trigeminal Nevralgiya üçün müalicə variantlarının heç biri xəstəliyi tamamilə aradan qaldırmasa da, müalicənin növündən asılı olaraq simptomları uzun müddət aradan qaldırır.

Vaxtında Həkim Nevroloqa müraciәt edilmәzsә, bu ağrı tutmaları daha da tezlәşir, uzanır vә güclәnir.