Populyar məqalələr

Tərləmə
29.05.2017 1537

Tərləmə normal vəziyyətdə bədən istiliyi artan zaman görünən bir vəziyyətdir. Bədənin istiliyi hər hansı səbəbə bağlı olaraq artdıqda beyindəki hipotalamus nahiyəsi (termostat kimi) buna cavab olaraq simpatik sinirlərlə təz vəzlərini xəbərdar edir. Tər vəzləri vasitəsilə ifraz edilən tər bədən istiliyinə görə buxarlanır və bədənin istiliyi normallaşır.

Havanın isti olması, həddən çox nəm, idman etmək, qalın geyinmək, sintetik paltarlar, spirtli içki, siqaret çəkmək, qəhvə, çay kimi içkilər, istiotlu yeməklər, stress, həyəcan və s. kimi vəziyyətlərdə tərləmək normaldır.

Ancaq həddən artıq tərləmə vardır ki, müxtəlif nahiyələrdə (üz, əl, qoltuq altı, ayaqlar) və ya ümumi tərləmə şəklində özünü büruzə verir.

Hər 100 insandan 2-3-də müxtəlif nahiyələrdə həddən artıq tərləmə özünü göstərir. Əl və ayaq tərləməsi əsasən uşaqlıqdan başlayır. Qoltuqaltı və üz tərləməsi əsasən yeniyetməlik dövründə özünü göstərir.

Ümumi tərləmə bütün bədəni əhatə edir. Başqa bir xəstəliyə, istifadə olunan dərmanlara, bəzi fizioloji vəziyyətlərə bağlı olaraq özünü büruzə verir:

  • Artıq çəki, menapauza, hərarətin qalxması, yeniyetməlik dövrü, şiddətli ağrı zamanı
  • Aspirin, ağrı kəsicilər, antidepressantlar, esterogen və s dərmanlar
  • Hipertiroidizm, karsinoid sindromu, feokromositoma, diabet-hipoqlisemiya hormonal xəstəliklər
  • Bədən istiliyini artıran xəstəliklər: qrip, vərəm, xroniki bronxit, pnevmaniya, böyrək, qaraciyər xəstəllikləri