Kampaniyalar

Tam Abdominal USM 32 AZN
29.07.2021 3249

(USM) istənilən yaş qrupu pasiyentlər üçün zərərsiz və şüalanma verməyən müayinə metodudur. USM vasitəsilə səs dalğalarından faydalanaraq daxili orqanların görüntüsünü görmək mümkündür. Ən çox müraciət olunan müayinələrdən biri Qarın Boşluğu Orqanlarının (Abdominal) ümumi Ultrasəs Müayinəsidir.
Bu müayinə həm kəskin qarın boşluğu proseslərində həm də profilaktika məqsədi ilə aparılır.

Abdominal USM-də nələrə baxılır?
Öd kisəsi və öd axarları (Öd kisəsində qatılaşma, daş, iltihab və kütlənin əmələ gəlməsini araşdırır. Sarılıq riskində öd kisəsi təsiri olduğu üçün bu xəstəlik analizində abdominal usm tətbiq edilə bilər).
Qaraciyər (Qaraciyərin ölçüsünü, qaraciyərin yağlanmasını, qaraciyərin ümumi sağlamlığını, serroz təhlükəsini, qaraciyərdə hər hansı bir kist və ya kütlə olub olmadığını analiz etmək üçün istifadə edilə bilər).
Mədəaltı vəzi (Pankreasdakı kist və kütlə əmələ gəlməsini araşdırmaq üçün istifadə edilə bilər, mədəaltı vəzlə əlaqəli digər xəstəliklərin diaqnozunda tətbiq olunur).
Dalaq (Dalağın ölçüsü, dalaqda əmələ gələn və ya əmələ gəlməyə başlayan kistin aşkarlanmasına imkan verir).
Böyrəklər (Qum, daş və digər böyrək xəstəliklərini, xüsusən böyrək çatışmazlığını aşkar etmək üçün istifadə edilə bilər. Böyrəküstü vəzlərdə kist və kütlələrin aşkarlanmasına imkan verir. Bundan əlavə sidik kisəsi və sidik axarlarına da baxıla bilir).
Sidik kisəsi (Bu metodla orqanların ölçüləri, onların daxili strukturu, yerləşmə patologiyaları, əlavə törəmələr, ocaqlı patologiyalar, kəskin və xroniki xəstəliklər, travmatik zədələnmələr və travmatik zədələnmələrdən sonra daxili qanaxmalar üçün xas olan dəyişikliklər aşkar olunur).

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)