SİLS (Single Incision Laparoscopic Surgery), OPUS (one port umblical surgery ), SPA (single-port Access surgery), tək bir dəlik vasitəsi ilə icra edilən əməliyyatların fərqli adlarını ifadə etməkdədir. Laparoskopik cərrahiyyənin yeni həyata keçirilən bir sahəsidir.
Hal-hazırda klassik şəkildə icra edilən laparoskopik əməliyyatlar bir çox cərrahiyyə sahəsində uğurlu şəkildə icra edilir. Bu əməliyyatlar açıq əməliyyatlarla müqayisədə çox kiçik kəsik olması, əməliyyat sonrası dövrdə az ağrı olması, yara yerində infeksiya riskinin az olması, xəstənin gündəlik həyat tərzinə daha erkən başlaması, daha yaxşı kosmetik nəticə və ən nəhayət ağırlaşmanın az olması səbəbiylə üstünlük təşkil edir. Bunlarla yanaşı texnologiyanın inkişafı, cərrahların gedərək artan təcrübəsi klassik istifadə edilən laparoskopik əməliyyatların yerini atıq sadəcə tək dəlik vasitəsi ilə icra edilən əməliyyatlar tutmağa başlamışdır. Bu tip əməliyyatlar* SİLS (single incision laparoscopic surgery)* yəni tək kəsik və ya dəlik laparoskopik cərrahiyyə adlandırılır.
SİLS üsulu necə tətbiq edilir?
SİLS üsulu göbəkdən qarın boşluğuna daxil olunaraq icra edilir. Göbəkdən aparılan ~ 2sm bir kəsik ilə qarın boşluğuna xüsusi port yerləşdirilir. Daha sonra xüsusi alətlər bu portdan daxil edilərək əməliyyat icra edilir.
SİLS Üsulunun üstünlüyü Nədir?