Xəbərlər

ŞƏKƏRLİ DİABETİN İLKİN ƏLAMƏTLƏRİ
24.04.2021 2007

Diabet ağır xəstəlikdir. Bəzən Diabet xəstəliyində ümumiyyətlə heç bir əlamət özünü göstərmir və diabet təsadüfən aşkar olunur. Lakin bir çox əlamətlər var ki, bunlar hər iki tip diabet üçün xarakterikdir. Diabetin əlamətləri insulin sekresiyasının azalma dərəcəsindən, xəstəliyin müddətindən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır.
Diabetin ən çox rast gələn əlamətlər bunlardır:
• Tezləşmiş sidik ifrazı və orqanizmin susuzlaşmasına səbəb olan güclü susuzluq;
• Bəzi hallarda daimi aclıq hissinə baxmayaraq, çəkinin sürətlə azalması;
• Zəiflik və yorğunluq hissi;
• Görmənin aydın olmaması;
• İnfeksion xəstəliklərin gec sağalması;
• Ayaqlarda ağırlıq hissi;
• Yaraların gec sağalması;
• Tez yorulma;
• Başgicəllənmə və s

Bu əlamətlər Sizdə varsa, Həkim-Endokrinoloqun müayinəsindən keçməlisiniz. Həyat tərzi, qidalanma və müalicənin düzgün təşkili pasiyentin vəziyyətinin uzun müddət stabil qalmasına kömək edir. Kəskin və xroniki ağırlaşmalar xəstəliyin proqnozunu ağırlaşdırır, pasiyentin yaşama müddətini qısaldır.
Diabetin fəsadları ürəktutmaya, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına gətirib çıxara bilər..

Endokrinoloq Dr. Şəhla Verdiyeva

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 05
(055) 500 71 00 (WhatsApp)