Populyar məqalələr

Qulaq ağrısı
15.02.2018 1935

Qulaqda ağrı qulaq xəstəliklərinə bağlı olmaqla yanaşı digər orqanların xəstəliklərində də özünü büruzə verən şikayətdir. Xarici qulaq, xarici qulaq kanalı, qulaq pərdəsi, orta qulaq, daxili qulaq xəstəliklərində özünü göstərən ağrı birincil qulaq ağrısı, başqa xəstəliklərə bağlı olaraq ortaya çıxan ağrı isə ikincil qulaq ağrısıdır.

Birincil qulaq ağrısının səbəbləri:

  • Travma
  • Qan toplanması
  • Yanıq və donma
  • Şişlər
  • İltihab
  • Yad cisim
  • Qulaq kiri
  • Qulaq pərdəsinin deşilməsi
  • Orta qulaq iltihabı

İkincil qulaq ağrısının səbəbləri:

  • Farengit
  • Çənədə özünü göstərən xəstəliklər
  • Adenoidlərin iltihablanması
  • Ağız içində olan yaralar
  • Şişlər
  • Udlaq xərçəngi
  • Qida borusunda yad cisim
  • Mədə yırtığı
  • Ağciyər infeksiyaları və şişləri

Qulaq ağrısının əsas səbəbini öyrənmək üçün Otorinolarinqoloq (LOR) tərəfindən endoskopik üsulla müayinə edilir. Müalicəsi səbəbinə uyğun aparılır.