Populyar məqalələr

Qarında ağrı
22.03.2018 2720

Qarın ağrısı bir başa ola xəstəlik deyil, bir xəstəliyin əlamətidir. Xüsusilə, birdən başlayan (6 saat ərzində davam edən) qarın ağrıları olduğu zaman həkimə müraciət edilməlidir.

Qarında ağrı cəmiyyətdə ən çox rast gəlinən şikayətlərdən biri olub, hər kəs həyatı boyunca ən az bir dəfə qarşılaşdığı bir vəziyyətdir. Qarın ağrısının bir çox səbəbi vardır. Həddən artıq yemə, pis qidalanma və infeksionlar qarın ağrılarının əsas səbəblərindən biridir.

Birdən 6 saat ərzində başlayan qarın ağrısı ilə xarakterizə edilən xəstəlik “kəskin qarın sindromu” olaraq təsnif edilir.

Qarnın müxtəlif nahiyələrindəki ağrılar, o nahiyəyə xas orqanların xəstəliklərinin əlamətləri ola bilir. Mədə və bağırsaq pozğunluqları, böyrək daşları, qadın və kişi cinsiyyət orqanlarının xəstəlikləri, diabet, böyrəküstü vəzi xəstəlikləri, qadınlarda aybaşı ağrıları, bəzi qan xəstəlikləri səbəbi ilə qarın ağrısı ola bilər. Sadəcə qarın boşluğu orqanları deyil, ağciyər iltihabları, infarkt və qabırğada sınma kimi döş qəfəsi içindəki problemləri qarın ağrısı yarada bilər.

  • Qarnın sağ üst nahiyəsində ağrı: qaraciyər, öd kisəsi və öd yollarının xəstəlikləri və xora ilə bağlı ola bilər.
  • Qarnın sol üst nahiyəsində ağrı: dalaq, pankreatit və qarın şah damarının (aorta) xəstəliklərinə bağlıdır.
  • Göbəyin üst nahiyəsində ağrı: Qida borusu, mədə və on iki barmaq bağırsağı, qastrit, xora və reflyuks xəstəlikləri haqqında şübhə yaradır.
  • Qarnın sol alt nahiyəsində ağrı: Yoğun bağırsaq iltihabı, yumurtalıq, sidik kisəsi və apendisit xəstəlikləri kimi problemlər ola bilər.
  • Qarın sağ alt nahiyəsində ağrı: apendisit, iltihabi bağırsaq xəstəlikləri, sidik kisəsi, yumurtalıq, öd kisəsi və yollarının xəstəlikləri ehtimalı artmış olur.

Qarın ağrısı şikayəti ilə həkimə müraciət edən insanların kliniki əlamətləri və diaqnostik müayinə ilə yanaşı bəzi analizlər tələb olunur. Müalicə səbəbinə uyğun aparılır. Sidik yollarında daş müəyyən edildikdə dərmanlarla müalicə tövsiyə edildiyi halda, apendisit üçün təcili əməliyyat göstərişi verilir.