Xəbərlər

QARIN YIRTIĞI nədir
03.05.2021 2945

Yırtıq, qarın divarındakı yırtıqdan xaricə çıxan daxili orqanların, dəri altında bir şişlik yaratmasıdır. Şişlik bəzən yaranır və bəzən də yox olur. Xəstə ayağa qalxdığı zaman, öskürəndə və s. hallarda şişlik ortaya çıxır, kürək üstünə uzananda isə yox olur. Yatanda şişliyin yox olmasının səbəbi yırtıq kisəsinin içindəki orqanların qarın içinə qayıtmasıdır. Qarın divarında şişliyi əmələ gətirən daxili orqanlar, əsasən bağırsaqlardır. Yırtıqlar böyüdükcə şişliklər çox vaxt xaricə çıxmış vəziyyətdə qalır və xəstə rahatlamaq üçün yırtığı içəriyə doğru salmağa çalışır.
Qarın divarı yırtıqları anadangəlmə və ya qazanılmış ola bilər. Qasıq yırtıqları, göbək yırtıqları və göbək ətrafı yırtıqları anadangəlmə olaraq kiçik bir nöqtədən yaranan yırtıqlardandır. Sonradan yaranan kiçik nöqtələr isə əməliyyat yerləridir. Əvvəl əməliyyat edilmiş yerdə ortaya çıxan yırtıqlara kəsik yeri yırtıqları deyilir.

Əgər suallarınız yaranarsa Ümumi Cərrahlara müraciət edə bilərsiniz.

Ümumi Cərrah - T.ü.f.d Uzm.Dr. İlkin İsmayılov (Baş Həkim)
Ümumi Cərrah - Dr.Anar Cəfərov