Populyar məqalələr

Pterigium
23.09.2017 1510

Pterigium xalq arasında “quş qanadı” adı ilə bilinir. Vaxtının daha çoxunu günəş altında keçirən pasiyentlərdə daha çox rast gəlinir.

Pterigium konyuktivanın degenerativ şəkildə inkişafı nəticəsində gözün buynuz qişasını örtməsi ilə müşahidə olunur.

Bu qorxulu görünsə də xərçəng xəstəliyi deyildir.

Pterigium bəzən heç bir narahatlıq vermədən özünü büruzə verir. Ancaq əsas əlamətləri aşağıdakılardır:

  • Gözdə yanma hissi
  • Gözün qızarması
  • Gözün içində yad cisim hissi
  • Qaşınma

Pterigiumun yaranmasının əsas səbəbi günəşin ultrabənövşəyi şüalardır. Bu da əsasən vaxtının çoxunu günəş altında keçirən insanlarda özünü göstərir.

Müalicəsi xəstəliyin inkişafına və ağırlaşma dərəcəsinə görə göz damcıları və cərrahi üsulla aparılır.