Xəbərlər

Prostat Əməliyyatı
24.03.2021 444

Prostat xəstəlikləri bütün dövrlərdə aktual olub. Son vaxtlar Azərbaycanda kişilər ən çox prostat vəzi xəstəliyindən şikayət edirlər. Bu xəstəlik cavanlaşan xəstəliklər sırasındadır.
Prostat xəstəliklərini 3 qrupa ayırmaq olar. Bunlar prostat vəzin iltihabı, yəni prostatit, digəri prostat vəzin xoşxassəli şişi (xoşxassəli hiperplaziya), başqa sözlə adenoma, 3-cüsü isə prostat vəzinin xərçəngidir.
Prostat çox dərində yerləşən bir orqandır. Prostat xərçəngi əməliyyatı laporoskopik icra olunur. Xəstə üçün də çox komfortludur, tez sağalır. Əməliyyat zamanı vacib olan isə sinirlər daha aydın görünsün və az zədələnsin.

Təəssüflər olsun ki xəstələr cərrahi əməliyyata ən axırıncı çıxış yolu kimi baxırlar. Hətta konservativ müalicənin əks göstəriş olduğu hallarda belə həkimi təhrik edirlər ki, nə edirsə etsin, ancaq əməliyyat deməsin və onlara müalicə yazsın. Belə olduğu halda isə, xəstələr öz vəziyyətlərini daha da çətinləşdirirlər və gecikmiş vəziyyətdə, sidik ifrazının mümkün olmadığı, böyrək çatışmazlığı ilə ağırlaşmış halda cərrahi müdaxilə üçün müraciət edir.