Populyar məqalələr

Polinevropatiya
25.08.2017 1925

Polinevropatiya periferik sinirlərin məhvi ilə hissiyatın itməsi, iflic kimi özünü büruzə verən xəstəlikdir. Polineyrpatiyanın bir neçə növü vardır, başqa xəstəliklərlə bərabər özünü büruzə verə bilər.

Polinevropatiyanın əlamətləri:

  • Qollarda və ayaqlarda gücsüzlük
  • Uyuşma
  • Yanma
  • Qollarda və ayaqlarda ağrı
  • Qəbizlik
  • Sidiyə çıxa bilməmə və ya sidik saxlamama
  • İki görmə

Polinevropatiya sinirə təsir edə xəstəliklərə bağlı olduğu kimi, sinir sisteminin xəstəlikləri nəticəsində özün büruzə verir. Polinevropatiyaya səbəb olan xəstəliklər arasında Guillan Barre sindromu, xroniki inflamantuar demiyelinizan polinevropatiya (CIDP), MADSAM, DADS kimi xəstəliklər vardır. Polinevropatiyaya səbəb olan daxili xəstəliklərin başında diabet durur. Bununla yanaşı revmatoid artrit, poliarteritis nodoza (PAN) kimi revmatoloji xəstəliklər də polinevropatiyaya səbəb olur.

Müalicəsi xəstəliyin səbəbini müəyyən etməklə uyğun şəkildə aparılır.