Gözaltı kölgələr dəriyə qeyri-sağlam, yorğun görünüş verir; vizual olaraq insanı yaşlı göstərir. Gözaltı kölgələr xroniki yorğunluqdan, yuxusuzluqdan, orqanizmin dehidratasiyası, ağır pəhrizlə əlaqədar hipovitaminoz fonunda da yarana bilər. Bəzən tünd kölgələr kəskin arıqlama nəticəsində meydana çıxır – belə hallarda qaraltıların formalaşması həm dəri tonusunun itirilməsi, həm də maddələr mübadiləsinin pozulması ilə bağlı olur.
Çox zaman gözaltı kölgələr xroniki patologiyalar: qaraciyər, böyrəküstü vəzi və ürək çatışmazlığı, xolesistit, öd daşı xəstəliyi, helmintoz, lyamblioz, anemiya, hipotireoz, sinir sisteminin xəstəlikləri zamanı müşahidə edilir. Uşaqlarda tünd kölgələr burun-udlaq (xroniki tonzillit), diş və damaq xəstəlikləri, vegetativ-damar distoniyası fonunda yaranır. Həmçinin damarların genişlənməsi və keçiriciliyinin artması ilə müşayiət edilən allergik reaksiyalar (allergik rinit, konyuktivit, pollinoz) göz ətrafı qaraltılara səbəb olur. Bundan əlavə gözaltı kölgələr hər hansı bir daxili xəstəlikdən xəbər verə bilər.
Gözaltı kölgə problemini dekorativ kosmetika ilə gizlətməklə problem həll olunmur, əksinə qüsur daha da dərinləşir. Gözaltı kölgələri aradan qaldırmaq üçün ilk növbədə onun səbəbini aydınlaşdırmaq lazımdır. Korreksiya, makiyaj gözaltı nahiyənin dərisinin vəziyyətini yaxşılaşdırmadıqda həkimə müraciət etmək lazımdır.
Bu səbəbdən gözaltı kölgələr yaranarsa tibbi diaqnostikanın aparılması vacibdir.
Daxili Xəstəliklər Uzmanı Uzm.Dr. Amil Rəhimli
Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)