Xəbərlər

Müasir üsul olan endoskop ilə Adenoidektomiya (Burun əti kəsilməsi)
06.06.2022 756

Bu üsulun üstünlükləri nələrdir?
Burun udlaq badamcığı kapsulu olmayan limfoid toxumadır. Əgər əməliyyat sırasında toxumanın kiçik bir hissəsi qalsa, bu gələcəkdə nəfəs almaya problemlər yarada bilər. Biz əməliyyatlarımızı endoskopik icra etdiyimiz üçün bu tip fəsadlar ilə rastlaşmırıq. Endoskop ilə burun udlaqda olan bütün adenoid toxuması tam təmizlənmə imkanına sahibdir və burun ətinin yenidən əmələ gəlmə şansı sıfıra bərabərdir.
Adenoidektomiya əməliyyatı necə həyata keçirilir? Adenoidektomiya, burun əməliyyatı olaraq, ümumi anesteziya altında icra edilir. Əməliyyatdan öncə adi qaydada qan analizləri və həkim Anestezioloqun dəyərləndirməsilə əməliyyata mane olan bir vəziyyət olub olmadığı kontrol edilir. Əməliyyatın özü təxminən 10-15 dəqiqə sürür. Xəstənin yuxudan oyanması ilə bərabər ortalama müddət 45 dəqiqədir. Xəstə 5-6 saatdan sonra evə buraxılır.

Böyümüş adenoid hansı problemləri yaradır:
1. Qulaq iltihabı, eşitmə zəifliyi (eşitmə zəifləməsi bəzən ana ataların hiss edəməyəcəyi səviyyədə olur, ancaq ən çoxda xəstəni həkimə götürən səbəbdir);
2. Çənə və üz sümüklarının inkişaf pozğunluğu;
3. Burun axıntısı səbəbi ilə boğaz iltihabı,öskürək meydana çıxır;
4. Baş ağrısı;
5. Sinusit və s.xəstəliklərin yaranmasına səbəb olur.

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)