Xəbərlər

“Müasir təbabətdə - Müasir müzakirələr“
09.08.2016 1868

6 Avqust 2016 tarixində Gəncə Beynəlxalq Xəstəxanasında “Müasir təbabətdə - Müasir müzakirələr” adlı 1-ci elmi konfrans keçirilmişdir. Konfransda xaricdən dəvət olunmuş mütəxəssislərlə yanaşı yerli həkimlər də iştirak etmişdir.

Keçirilən konfransda Bağırsaq xərçəngi, Hepatit C, Hepatit B və Qaraciyər xəstəliklərinin müalicəsində müasir yanaşma metodları müzakirə edilmişdir. Konfransda Uzm. Dr. Hicran Güler “Hepatit B müalicəsində müasir yanaşma”, Uzm. Dr. İlkin İsmayılov “Bağırsaq xərcəngində Laparoskopik cərrahi yanaşma”, Dr. Müslüm Nursoy “Hepatit C müalicəsində müasir yanaşma” və T.ü.f.d Dr. İlyas Həsənov “Qaraciyər xəstəliklərində invaziv radiologiyanın rolu” başlıqlı məruzələrlə çıxış etmişlər.

Konfransın sonunda iştirakçılara sertifakatlar və hədiyyələr paylanılmışdır.

Xəstəxanada mütəmadi olaraq keçirilməsi planlaşdırılan bu cür konfransların məqsədi xarici və yerli həkimlərin tibbi bilik və təcrübə mübadiləsini təmin etmək, müasir müayinə və müalicə üsullarını regionda çalışan mütəxəssislərlə paylaşmaq və müzakirə etməkdir.

Konfransın sonunda çıxış edən xəstəxananın baş direktoru Tibb üzrə fəlsəfə doktoru İlyas Həsənov qeyd etmişdir ki səhiyyəmizin əldə etdiyi nailiyyətlər nəticəsində artıq ən mürəkkəb xəstəliklərin müalicəsi belə dünya standartlarına uyğun şəkildə ölkəmizdə uğurla icra edilməktədir.