Populyar məqalələr

Listez
17.07.2017 1477

Spondilolistez bir fəqərənin digər fəqərə üzərində yerdəyişməsidir. Fəqərə önə doğru sürüşərsə, auteriospondilolistez, arxaya doğru sürüşərsə retrospondilolistez adlanır.

Listezin səbəbləri:

  • Anadangəlmə fəqərə anomaliyaları (displastik)
  • Xroniki travma nəticəsində
  • Degenerativ xəstəliklər nəticəsində
  • Fəqərələrin şişləri
  • Onurğa sütununun travması (travmatik)

Əsas klinik əlamətləri bel ağrısı, ağrının ayaqlara yayılması aşağı ətraflarda uyuşma, hərəkət məhdudluğudur.

Listezin 5 dərəcəsi vardır:

  • Grade I – 25%-dək sürüşmə olduqda
  • Grade II- 25-50% sürüşmə olduqda
  • Grade III- 50-75% sürüşmə olduqda
  • Grade IV- 75-100% sürüşmə olduqda
  • Grade V – spondiloptoz

Diaqnoz kliniki əlamətlə KT, MRT müayinələri əsasında qoyulur.

Müalicəsi medikamentoz, fizioterapiya və cərrahi üsulla edilir.