Xəbərlər

KİFOZ - onurğada olan qabarma
13.10.2021 819

KİFOZ-onurğanın yuxarı hissəsinin normadan daha yuvarlaq görünməsinə səbəb olan xəstəlikdir. Əvvəlcə önə doğru əyilmə, (buna Lordoz deyilir) daha sonra döş nahiyyəsində arxaya doğru əyilmə yaranır, bu hal isə kifoz adlanır. Nəticədə onurğa yandan baxıldığı zaman “S” hərfi şəklini alır.
Əyrilik 40 dərəcədən çox olduqda bu hal #hiperkifoz adlanır, normal kifoz isə 20-40 dərəcə arasıdır. Kifoz kişilərdə daha çox rast gəlinir. Yetkinlik dövründə süd vəzlərinin inkişafı və həcminin artması ilə əlaqədar qızlarda kifoz yarana bilər.
Kifoz zamanı ağrı, çiyinlərin hündürlüyündə fərq, başın aşağı doğru əyilməsi, onurğa ətrafında əzələ ağrısı, ayaqlarda uyuşmalar, yorğunluq, dik durmaqda çətinlik çəkmə əmələ gəlir.

Kifozun yaranma səbəbləri:
• Qeyri-düzgün qamət, yeriş
• Rahat olmayan iş yeri
• Anadangəlmə, ana bətnində qeyri-uyğun yerləşmə
• Məktəbdə parta arxasında qeyri-düzgün oturuş
• Fiziki iş görmədikdə kürək əzələsinin zəifliyi
• Döş qəfəsində travmalar
• Ağır yük, çanta gəzdirmək
• Yaşlı adamlarda Osteoporoz nəticəsində
• Raxit və s

Əyər göstərilən simptomları özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin!

Müalicəsi
Bel üçün idman hərəkətləri, məşqlər, masaj və fizioterapiya prosedurları nə qədər tez başlansa bir, o qədər yaxşıdır. Lakin müalicə üsüllarını yalnız Həkim tərəfindən tənzimlənməlidir. Masaj və fizioprosedurlar peşəkarlar mütəxəssis tərəfindən həyata keçirilməlidir.

QEYD
Fizioterapiya, Reabilitasiya və Onurğa Mərkəzimizdə Kifoz xəstəliyinin müayinəsi və müalicəsi üçün bütün növ fizioterapiya üsulları mövcuddur.

Müayinə DR. Pərvin Əkbərov tərəfindən aparılır.

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)