beyin qan dövranının kəskin pozulmasıdır
İşemik insult beyin damarlarının tıxanması və ya daralması ilə əmələ gəlir. İnsult dedikdə ürək-damar sisteminin müxtəlif xəstəlikləri fonunda və damar zədələnmələri çərçivəsində inkişaf edən beyin qan dövranının pozulması nəzərdə tutulur.
İŞEMİK İNSULTUN RİSK AMİLLƏR
• Arterial hipertenziya;
• Siqaret çəkmə;
• Şəkərli diabet;
• Ürək xəstəlikləri, xüsusən də atrial fibrillyasiya
(qulaqcıqların səyriməsi) ;
• Yuxu arteriyalarının stenozu;
• Hiperkoaqulyasiya ilə müşayiət olunan hallar;
• Azhərəkətli həyat tərzi;
• Alkoqolun həddən ziyadə qəbulu;
• Yaş;
• Genetik meyllilik və s
Aşağıdakı simptomlara əsasən İşemik İnsultun baş verməsindən
şübhələnmək lazımdır:
• Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil
olmaqla bədənin bir tərəfində əzələ zəifliyinin əmələ gəlməsi;
• Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil
olmaqla bədənin bir tərəfində hissiyyatın zəifləməsi;
• Görmənin pozulması;
• Şifahi nitqin və ya nitqin başa düşülməsinin pozulması;
• Hərəkətlərin koordinasiyasının pozulması;
• Baş gicəllənməsi;
• Udma qabiliyyətinin pozulması;
• Qəflətən başlayan, xüsusən də ürəkbulanma, qusma ilə müşayiət
olunan qeyri-adi dərəcədə kəskin baş ağrısı;
• Qıcolma tutmaları;
• Yaddaşın qəflətən pozulması;
• Şüurun pozulması və s.
Bir Şəxsdə bu simptomları görsəniz vaxt itirmədən həkimə müraciət edin! Bəzən insanlar sinrlə əlaqəlidir “keçib gedəcək” deyərək gözləmə vəziyyətini alırlar. Ancaq onlar vəziyyətin nə dərəcədə ciddi olduğunun fərqinə varmırlar. Məhz buna görə də bəzən müalicənin müddətini artırır, ən pis halda isə can itkisi ilə rastlaşırlar. İnsult, sürətli müalicə tələb edən ani bir serebrovaskulyar xəstəlikdir. İnsultun müalicəsində ən vacib amil müalicəyə tez çatmaqdır. Yəni itirilən hər dəqiqə beyindəki milyonlarla hüceyrənin ölümü deməkdir.
Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)