Populyar məqalələr

Hirsutizm
28.08.2017 1319

Hirsutizm qadınlarda istənilməyən tüklərin olmasıdır. Hirsutizm zamanı qadınların üz, sinə, bel nahiyəsində qalın tüklər özünü büruzə verir.

Qadınlarda bu cür tüklənmənin ən əsas səbəblərindən biri polikistik over sindiromudur. Bunun nəticəsində hormon balansı pozulur, bunun nəticəsində aybaşı pozğunluğu, kökəlmə, sonsuzluq və bəzən də çoxsaylı yumurtalıqlarda kistlər müşahidə olunur.

Digər səbəbləri aşağıdağıdakılardır:

  • Kuşing sindromu
  • Anadangəlmə adrenal hiperplaziya
  • Şişlər
  • Dərmanlar

Bəzən hirsutizmin səbəbi məlum deyildir. Qadınlarda tüklənmə ilə yanaşı bir çox əlamətlərlə özünü büruzə verir:

  • Səsin qalınlaşması
  • Saçların tökülməsi
  • Sızanaqlar
  • Süd vəzilərin ölçüsünün kiçilməsi
  • Əzələlərin ölçüsünün böyüməsi

Diaqnoz kliniki əlamətlər və hormonların səviyyəsini müəyyən edən qan analizi, USM və ya KT müayinəsi vasitəsilə təyin edilir.

Müalicəsi səbəbinə bağlı olaraq tük azaldan dərmanlar və terapiya vasitələri ilə edillir.