Hipoqlikemiya qanda şəkərin normadan az olmasıdır (normal həddən az).
Normada qanda (plazmada) şəkərin miqdarı acqarına 3,9 mmol/l (70 mq/dl) - 6,1 mmol/l (110 mq/dl) olmalıdır. Bəzi səbəblərdən qanda şəkərin miqdarının qəfil aşağı düşməsi (3,9 mmol/l-dən və ya 70 mq/dl-dən aşağı) müşahidə olunur, bu da Hipoqlikemiya adlanır.
Hipoqlikemiyanın ilk simptomları ilə insanların əksəriyyəti üzləşib. Vaxtında qida qəbul etmədikdə biz aclıq, baş ağrısı, halsızlıq, başgicəllənməsi hiss edirik. Lakin şəkərli diabet xəstələrində hipoqlikemiya daha ağır keçir və çox ağır pozulmalarla hətta ölümlə nəticələnə bilər.
✅ Hipoqlikemiyanın simptomları:
• Kəskin aclıq
• Halsızlıq və yorğunluq
• Titrəmə
• Soyuq tər
• Patoloji qorxu
• Görmənin pozulması
• Dil və dodaqların keyiməsi və s.
✅Səbəbləri:
• Diabetdə insulin və hipoqlikemik dərmanların həddindən artıq dozası..
• Zərif karbohidratlar və minimum vitaminlər, lif, mineral duzların üstünlük təşkil etməsi ilə çox az və səmərəsiz qidalanma.
• Güclü fiziki fəaliyyət.
• Alkoqolizm
• Ürək, qaraciyər, böyrək çatışmazlığı.
• Bədənin ümumi tükənməsi.
• Hüceyrədənkənar şişlər.
• Menstruasiya və s.
Əgər xəstəyə vaxtında kömək edilməzsə, insan şüruunu itirə bilər və onda hipoqlikemik koma inkişaf edə bilər.Bu səbəbdən ətrafdakıların xəstəyə tez və düzgün kömək etməyi çox vacibdir.
Hipoqlikemiyanın ilk simptomlarında ailənin bir üzvü dərhal "Təcili Yardım" çağırmalı, digərləri isə xəstəyə kömək etməlidir.
Xəstəyə dərhal 2 ədəd qənd, 1 qaşıq bal və ya şirin mürəbbə vermək lazımdır. Daha sonra xəstəyə sıyıq və ya 1 tikə çörək, şirin meyvə vermək olar. Xəstə huşunu itirirsə, onun dilinin altına 1 ədəd qənd qoyun, xəstəni böyürü üstə uzandırın (xəstədə qusma baş verə bilər).
Adətən 5-10 dəqiqə ərzində xəstənin vəziyyəti düzəlməlidir.
Bütün bu nəticələrin qarşısını almaq üçün həkimə müraciət etməli və müvafiq müalicəyə başlamalısınız. Çəkməyin, hipoqlikemiya lazımi diqqət tələb edir, müalicə hərtərəfli olmalıdır, lazımi dərmanları və düzgün bəslənməni də ehtiva edir. Yalnız bundan sonra xəstəlikdən tamamilə qurtula və rifahınqızı yaxşılaşdıra bilərsiniz.