Hepatit həyatınıza son qoymadan, müalicə olun !
Çünki Hepatitlərin tam müalicəsi mümkündür Ancaq vaxtında və düzgün müalicə taktikası seçilərsə şərti ilə! Qastroenteroloq, Hepatoloq Dr. Ülvi Maçanov
Ölümcül hesab edilən Hepatit C virusu belə 3aylıq müalicə kursu ilə tam sağalmasına nail olunur.
Burada əsas məqam Hepatitlərin erkən dövrdə aşkarlanması və müalicə istiqamətinin düzgün seçilməsidir.
Nəzərə alsaq ki, Hepatitlər təsadüfi müayinələr zamanı aşkarlanır, bunun üçün vaxtaşırı tibbi müayinələrdən keçmək məsləhətdir.
Bəs Hepatitdən qorunmaq üçün nələr etməliyik
• Hepatit C 3 həftəyə qədər xarici mühütdə yaşaya bilir. Bunları nəzərə alaraq hər kəs şəxsi gigiyena qaydalrına riayət etməlidir.
• Hepatit C süsusən qan təması ilə yoluxduğundan mümkünqədərqan təmasından qaçmaq lazımdır.
• Ortaq cızıcı, kəsiki, deşici alətlərdən istifadə yol verilməzdir. Bu alətlər şəxsi olmalıdır.
• Stomatoloji kabinetdə, gözəllik salonlarında, dializ, talassemiya xəstələrində qan təması mümkün olduğu üçün sterilliyi təstiqlənmiş məkanlara üz tutun.
• Bir iynədən inyeksiya məqsədli bir neçə şəxsin istifadəsi yol verilməzdir.
• Ailədə bir neçə nəfər şəkər xəstəsidirsə, bir iynədən istifadə etmək olmaz.
• Ailədə bir nəfərdə Hepatit varsa, qab-qaşığı ayırmaq, təmasdan qaçmaq, uşaqları həmin şəxslərdən uzaqlaşdırmaq etik cəhətdən düzgün deyil Bu onlara psixoloji cəhətdən mənfi təsir edər
Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)