Populyar məqalələr

Hemofiliya
04.09.2017 1584

Hemofiliya “laxtalanma faktoru” adlanan bir proteinin əksikliyi nəticəsində qanın normal şərtlər daxilində laxtalanmamasıdır. Xəstələrdə normadan daha çox qanaxma müşahidə olunur və bu qanaxmalar həyati təhlükə daşıya bilər.

Əlamətlər hemofiliya xəstəliyinin ağırlıq növünə və laxtalanma faktorunun dərəcəsinə uyğun olaraq dəyişir. Əgər laxtalanma faktoru bir az azalarsa, əməliyyat və ya hər hansı travmadan sonra qanaxma ola bilər. Ancaq laxtalanma faktorunun kəskin çatışmazlığı zamanı qanama birdən ola bilər.

Hemofiliyanın əlamətlərinə aşağıda qeyd olunanlar daxildir:

  • Diz, dirsək, bud və çiyinlərdəki oynaqlarda, qol və ayaq əzələrində ağrı, şişkinlik, istilik və qansızma
  • Xüsusilə kəskin hemofiliya zamanı bir yaralanmadan sonra uzun müddətli qanama
  • Uzun müddətli baş ağrısı
  • Yorğunluq
  • Boyun ağrısı
  • İki görmə

Hemofiliya irsi xəstəlikdir. Ancaq təxminən 30% xəstələrdə ailəsində hemofiliya tarixçəsi yoxdur. Həmin xəstələrdə genetik mutasiya nəticəsində özünü büruzə verir.

Hemofiliyanın bir neçə növü vardır. Onlar laxtalanma faktorunun əksikliyinə görə təsnif olunur.

Hemofiliya A: Xəstəliyin ən çox yayılmış növüdür. Bu xəstəlik zamanı VIII laxtalanma faktoru əksikliyi yaşanır.

Hemofiliya B: Xəstəliyin ikinci ən çox yayılmış növüdür. Bu xəstəlik zamanı IX laxtalanma faktoru əksikliyi olur.

Hemofiliya C: Bu xəstəliyin daha yüngül növüdür, bu xəstəlik zamanı XI laxtalanma faktoru əksik olur.

Diaqnoz kliniki əlamətlər, qan analizi vasitəsilə təyin edilir.

Xəstəliyin tam müalicəsi yoxdur. Ancaq ciddi qanamaları dayandırmaq üçün uyğun şəkildə tədbirlər görülür.