Populyar məqalələr

Fobiya
10.06.2017 1418

Hər bir insanın özündə gizlətdiyi qayğıları və qorxuları vardır. Bu da təbii hisslərdir. Ancaq qorxu və qayğı gündəlik həyata mənfi təsir edirsə bu normal deyildir. Təbii olmayan bu vəziyyətə fobiya deyilir.

Fobiyalarda olan qorxu məntiqsiz və həddən artıq olur. Fobiyaları olan insanlara fobik deyilir. Qadınlarda fobiya kişilərlə müqayisədə 2,5 dəfə çoxdur.

Ən çox yayılmış fobiyalar aşağıdakılardır:

  • Akrofobiya: Yüksəklik qorxusu
  • Aqorafobiya: Açıq sahəyə olan qorxu
  • Klastrofobiya: Qapalı yer qorxusu
  • Kinofobiya: itlərə qarşı qorxu
  • Payrofobiya: alovdan qorxmaq
  • Antrofobiya: insan qorxusu
  • Astrofobiya: şimşəkdən qorxmaq
  • Zoofobiya: heyvanlardan qorxmaq

Fobiyalar xəstəlikdən çox insan xarakteri kimi qəbul olunduğundan müalicəyə ehtiyac duyulmur. Ancaq fobiyaların müalicəsi vardır. Hər insana fərdi şəkildə müalicə tətbiq edilir, fobiyalardan azad olunur.