Populyar məqalələr

Feyxoa
30.09.2017 2278

Payız fəslinin ən çox yeyilən meyvələrindən olan feyxoa C, B1, B2, B3, B5, B6, PP vitaminləri və yod, kalsium, kalium, natirum, maqnezium, fosfor, dəmir, mis, sink ilə zəngindir.

Feyxoa yeganə meyvədir ki, dəniz məhsullarından daha çox yodla zəngindir. Buna uyğun olaraq feyxoa qastrit, ateroskleroz, avitaminoz, hipovitaminoz, piyelonefrit, podaqra, bazedov, qəbizliyə müsbət təsir edir.

Feyxoa tərkibində katexin və leykoantosinlərlə zəngin olduğuna görə ən güclü antioksidantdır.

Tərkibindəki zəngin vitamin C qrip və soyuqdəymənin qarşısını alır, immun sistemini gücləndirir.