Fərqli qida mənbələrindən alınan dəmir insan metabolizmasında mühüm yerə sahibdir. Qanda ən çox sayda hüceyrə növü olan eritrositlər və ya və ya qırmızı qan hüceyrələri, hüceyrə və orqanlar üçün çox vacib olan oksigen daşınmasını yerinə yetirir. Qırmızı qan hüceyrələri olaraq da bilinən bu hüceyrələrin toxumalara kifayət qədər oksigen daşıyabilməsi orqanizmdəki dəmir miqdarından asılıdır. Ferritin, bədəndəki dəmirdən fərqli olaraq, dəmiri saxlayan və onun sərbəst buraxılmasına nəzarət edən protein kompleksi növüdür. Ferritin proteini bədən hüceyrələrində və xüsusilə hepatosit olaraq bilinən qaraciyərin təxmini 75% təşkil edən hüceyrələrdə, sümük iliyində, immun sistem hüceyrələrində olur. Qidalar vasitəsilə alınan dəmirin saxlanması və sərbəst buraxılması üçün cavabdeh olan Ferritin, bədənin dəmir deposu olaraq da bilinir. Bədəndəki dəmir miqdarı da ferritin ilə ölçülür. Ferritinin aşağı olması bədəndə dəmir deposunun aşağı olduğunu, ferritinin yüksək səviyyədə olması dəmirin həddindən artıq olduğunu göstərir. Normal ferritin dəyəri yaşa və cinsiyyətə görə dəyişsə də ümumiyyətlə kişilərdə 20-500 ml/ng, qadınlarda 20-200 ml / ng olmalıdır. Qadınlarda bu aşağı dəyərin səbəbi, hər ay müntəzəm olaraq görülən menstrual qanamalardır. Bir çox fərqli səbəbdən yaranan Ferritin çatışmazlığı həkim tərəfindən tövsiyə olunan müalicə üsulları ilə asanlıqla aradan qaldırıla bilər.
Ferritin əksikliyi nədir?
Dəmir depolanmasından cavabdeh olan ferritin proteininin normaldan aşağı olması boşluqdan xəbər verir. Xalq arasında anemiya olaraq da bilinən dəmir çatışmazlığı ferritin çatışmazlığının təbii bir nəticəsidir.
Ferritin niyə azalır?
Qanda ferritinin miqdarı normal miqdardan az olması ya da başqa sözlə, ferritinin zəifliyi həddindən artıq çay, qəhvə içərkən və ya nizamsız qidalanma səbəbindən görülür. Bundan əlavə, menstruasiya, hamiləlik, ana südü ilə qidalandırma da ferritin əksikliyinə səbəb olur. Digər səbəblər olaraq bunları da göstərmək olar:
· Çox saylı doğuşlar
· Abort
· C vitamini əksikliyi
· Mədə və bağırsaq problemləri
· Xroniki xəstəliklər
· Qan itkisi və s.
Ferritin çatışmazlığının əlamətləri hansılardır?
Bədəndəki dəmir səviyyəsinin azalması ilə paralel olaraq ferritin səviyyəsi azalır. Buna görə, kifayət qədər oksigen olmayan hüceyrə və orqanların işləməsi pozulur və bu da bəzi narahatlıqlara səbəb olur. Ferritin aşağı və ya orta səviyyədədirsə, heç bir əlamət göstərməməsi mümkündür. Normal dəyərlərdən aşağı olan ferritinin miqdarı aşağıdakı simptomlara səbəb olur:
· Halsızlıq və yorğunluq
· Uyuşma
· Səhərləri oyana bilməmək
· Narahatlıq
· Baş dönməsi
· Baş ağrısı
· Qulaqda səslər
· Unutqanlıq
· Əsəbilik
· Solğun dəri rəngi
· Quru Dəri
· Dırnaqların asanlıqla qırılması
· Dırnaqlarda zolaqlı görünüş
· Nəfəs darlığı
· Ayağ ağrısı
· Barmaqlarda və ayaq barmaqlarında uyuşma
· Narahat ayaq sindromu və s
Ferritin əksikliyinin müalicəsi:
Laboratoriya testləri ilə təyin olunan ferritin əksikliyi dəmirin miqdarının da əksik olduğunu göstərir. Ferritin əksikliyi mümkün olan sağlamlıq problemlərinin xəbərçisidir. İlk öncə dəmir depolarının boş olmasının əsas səbəbi araşdırılır. Ferritinin aşağı səviyyəsi hər hansı bir xəstəliydən qaynaqlanmırsa həkim məsləhəti ilə damcı, kapsul və ya damar yolu ilə bərpa oluna bilər. Bəzi hallarda dəmir əlavələri kifayət etməyəcəyi üçün həkim qidalanmaya da diqqət olunmasını tələb edə bilər. C və B12 vitaminləri ilə zəngin qidalanma, mayalı çörək istehlakı, quru paxlalılar, yumurta, toyuq, balıq, qırmızı ət, göyərti, susam, bəkməz, üzüm, qoz-fındıq, fıstıq, ərik və tut kimi meyvələrlə zəngin qidalanmalıdır.