Yoğun bağırsağın daxilində yüzlərlə, minlərlə polipin inkişafı ilə müşahidə olunan irsi xəstəlikdir. Yoğun bağırsağın daxili səthini örtən təbəqəsində qabarıqlar- çıxıntılar meydana gəlir, Dəridə olan ət xallarına bənzər görünüşə sahibdirlər və bu qabarıqlıqlar poliplərdir. FAP (Familial (ailəvi) adenomatoz Polipoz) xəstəliyində bağırsağın daxilində yaranan poliplərin tipləri adenomatozdur, yəni vəz tərkiblidir.
FAP xəstəliyi zamanı yaranan poliplər bağırsaq xərçənginə səbəb olur, buna bağlı olaraq daha çox inkişaf etmədən qarşısı alınmalıdır.
FAP xəstələrinin 30%-də gen mutasiyası həmin ailə fərdində başlamışdır və ailə tarixçəsində bu xəstəliyə rast gəlinmir.
FAP xəstələrində özünü göstərən əlamətlər aşağıdakılardır:
- Anusdan qan gəlməsi
- Nəcisdə qan aşkar edilməsi
- Nəcisləmə adətində dəyişikliklər
- İshal və qəbizlik
- Anemiya, halsızlıq, mütəmadi yorğunluq
- Şişkinlik, həddən artıq qaz
- Səbəbsiz arıqlama
Ailənin xəstəlik tarixçəsində FAP rast gəlinmişsə, digər ailə üzvləri 12 yaşından başlayaraq mütəmadi müayinələr edilməlidir. Mütəmadi müayinələr sayəsində poliplər xərçəngə çevrilmədən qarşısı alınır.
FAP xəstəliyinin müəyyən etmək üçün ən əsas müayinə üsulu Kolonoskopiyadır.
Müayinə və müalicə Qastroenteroloq-Hepatoloq, Endoskopist Dr. Ülvi Maçanov tərəfindən aparılır.
Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)