Populyar məqalələr

ExoKQ
05.06.2017 1393

Ekoxkarüksək tezlikli səs dalğaları (ultrasəs) ilə ürəyin dəyərləndirilməsidir. Exokardioqrafiya (ExoKQ) zamanı istifadə olunan ultrasəs dalğalar insan qulağının eşidə bilməyəcəyi səslərdir.

Səs dalğaları cihazın əllə tutulan başlığı ilə xəstənin sinə nahiyəsində gəzdirilir. Səs dalğaları ürəyin divarlarının, əzələlərinin, qapağının vəziyyətini səs dalğaları ilə təsvir edir. Fərqli toxumalar səs dalğalarını fərqli şəkildə əks etdirir. Beləliklə səs dalğaları kompüter proqramının köməyi ilə təsvirə çevirilir və bu təsviri monitorda izləmək və ya kağıza çap etmək mümkündür.

ExoKQ ilə ürək qapaq xəstəlikləri, ürək boşluqlarının ölçüsü, onların böyük olub olmaması, ürəyin divarlarının hərəkətində hər hansı maneə olub olmadığı, ürəyin daxilindəki təzyiq, ürəyin böyüməsi, ürək çatışmazlığı, ürək qapaqlarının vəziyyəti, ürəyin yığılma gücü (atım fraksiyası) ürək qapağı əməliyyatı edilmiş xəstələrdə protez qapağın funksiyalarının ölçülməsi, ağciyərə gedən damarın təzyiqinin ölçülməsi, ürək revmatizması kimi xəstəliklərin müəyyən edilməsində vacib rol oynayır.

Boya, radioaktiv maddə, iynədən istifadə edilmir, ağrısızdır və xəstə üçün zərərli deyildir.