Xəbərlər

ERKƏN GÖZ MÜAYİNƏSİ ÖNƏMLİDİR!
09.10.2021 195

Gözlər dünyanın gözəlliklərini bizə göstərən, bizi həyatla bağlayan, öyrənmə və qavrama qabiliyyətimizin 85%-ni bizə bəxş edən, və beyindən sonra ən mürəkkəb, ən əhəmiyyətli orqanımızdır. Sağlam və xoşbəxt həyat üçün mütəmadi olaraq hərtərəfli göz müayinəsindən keçmək lazımdır!

Bütün göz xəstəliklərinin uğurlu müalicəsi üçün əsas şərt erkən diaqnozdur. Dəqiq diaqnoz isə, yüksək texnologiyaların köməyi ilə hərtərəfli müayinə ilə mümkündür. Gözlə bağlı hər hansı bir şikayət olmasa belə mümkün riskləri aşkarlamaq üçün ekspertlər uşaqlarda 1, 3 və 5 yaşında, böyüklərdə isə ildə bir dəfə göz müayinəsini tövsiyə edirlər. Doğum anında edilən göz müayinəsi böyüklərdən fərqli olaraq xarici göz müayinəsi anadangəlmə anomaliyaların ortaya çıxarılmasında böyük rol oynayır.

Hərtərəfli göz müayinəsi, göz xəstəliklərindən başqa bir çox həyat üçün təhlükəli xəstəlikləri erkən mərhələdə diaqnozuna kömək edir.
• Şəkər xəstəliyi
• Beyin şişləri
• AIDS
• MS
• Alzaymer xəstəliyi
• Qan xəstəlikləri
• Ürək xəstəlikləri
• Metabolizm xəstəlikləri
• Parkinson xəstəliyi
• Süd vəzisi, ağciyər, prostat, qan, yumurtalıq xərçəngi xəstəliyi

Müntəzəm göz müayinələri xırda narahatlıqların ciddi problemlərə çevrilmədən qarşısının alınmasına şərait yaradar.

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)