Ərik
09.06.2017
1416
Yaz-yay fəslinin ən çox yeyilən meyvələrindən biri ərikdir. A, B, C, P vitaminləri ilə yanaşı fosfor, kükürd, kalium, mis və dəmirlə zəngindir. Ərik təzə və qurudulmuş vəziyyətdə yeyilir. Təzə ərikdə C vitamini daha çoxdur.
Əriyin faydaları:
- Həzm sisteminə müsbət təsir edir.
- Ərik artıq çəkiyə qarşısını alır. Çünki insanda aclıq hissini azaldır.
- Tərkibindəki antioksidant sağlamlığı qoruyur.
- Böyrəkdə daşların yaranmasının qarşısını alır.
- Miqrenə müsbət təsir edir.
- Dərini nəmləndirir, yumşaq olmasını təmin edir.
- Saçların canlı görünməsinə səbəb olur.