Populyar məqalələr

Endometrioz
30.08.2017 1880

Endometrioz endometriyaya bənzər toxumanın inkişaf edərək uşaqlığın selikli qişasının xaricinə çıxması ilə özünü büruzə verən xəstəlikdir.

Endometrioz uşaqlıqda yaranan inkişaf edən və əsasən ağrı və qanaxma ilə müşayiət olunan xəstəlikdir. Endometrioz əsasən yumurtalıqlara, uşaqlıq borusuna təsir edir. Çox nadir hallarda endometrioz digər orqanlara öz təsirini göstərə bilər.

Endometriozun ilk əlaməti pelvik ağrıdır. Bununla yanaşı endometriozdan əziyyət çəkən qadınlar aybaşı müddətində ağrının davam etməsindən şikayət edirlər. Əsas əlamətləri aşağıdakılardır:

· Aybaşının ağrılı olması

· Həddən çox qanama

· Aybaşıdan əvvəl və sonra uşaqlı yolundan şokolad rəngli ifrazat

· Cinsi əlaqə zamanı ağrı

· Sonsuzluq

· Sidiyə və nəcisə çıxan zaman ağrı

Endometrioz genital və ekstragenital olaraq təsnif olunur. Genital endometriozun daxili (adenomioz) və xarici (borular, uşaqlığın boynu və bağlar) endometrioz növləri vardır.

Diaqnoz pelvik və transvaginal USM ilə təyin edilir. Müalicəsi pasiyentin vəziyyəti dəyərləndirildikdən sonra dərman və cərrahi üsulla aparılır. Kəskin endometrioz zamanı histerektomiya əməliyyatı icra edilir.

Endometrioz endometriyaya bənzər toxumanın inkişaf edərək uşaqlığın selikli qişasının xaricinə çıxması ilə özünü büruzə verən xəstəlikdir.

Endometrioz uşaqlıqda yaranan inkişaf edən və əsasən ağrı və qanaxma ilə müşayiət olunan xəstəlikdir. Endometrioz əsasən yumurtalıqlara, uşaqlıq borusuna təsir edir. Çox nadir hallarda endometrioz digər orqanlara öz təsirini göstərə bilər.

Endometriozun ilk əlaməti pelvik ağrıdır. Bununla yanaşı endometriozdan əziyyət çəkən qadınlar aybaşı müddətində ağrının davam etməsindən şikayət edirlər. Əsas əlamətləri aşağıdakılardır:

- Aybaşının ağrılı olması

- Həddən çox qanama

- Aybaşıdan əvvəl və sonra uşaqlı yolundan şokolad rəngli ifrazat

- Cinsi əlaqə zamanı ağrı

- Sonsuzluq

- Sidiyə və nəcisə çıxan zaman ağrı