Populyar məqalələr

Elektrokardioqrafiya (EKQ)
02.02.2018 1904

Elektrokardioqrafiya (EKQ) ürəyin işinin diaqnostik qiymətləndirmə üsullarından biridir. Elektrokardioqrafiya vasitəsilə ürək döyüntüsü qeydə alınır və kardioloq tərəfindən dəyərləndirilir.

Prosedur üçün əvvəlcədən xüsusi hazırlıq görülmür. EKQ edilərkən xəstənin üzərində heç bir metal əşya olmamalıdır. EKQ zamanı elektrodlardan istifadə edilir. EKQ tam ağrısız prosedurdur. EKQ çəkilərkən xəstə tərpənməməli və danışmamalıdır. EKQ 5 dəqiqə müddətində icra edilir.