Diz oynağının zədələnməsi, gərilməsi və ya oynağın ikincili travması nəticəsində özəlliklə futbolçularda və idmanla məşğul olan şəxslərdə rast gəlinən patoloji vəziyyətdir.
Menisk zədələnmələri zamanı müşahidə edilən ağrı, şişkinlik və əzələ spazmı hər bir xəstəni narahat edən əsas problemdir. Ağrı əsasən dizin bükülmə hərəkətlərində (pilləkan qalxıb, enmə, namaz qılma və s.) özünü büruzə verir. Yırtığın ölçülərinə görə dizdə kilitlənmə, səndələmə, oynaqdan eşidilən klik səsi kimi şikayətlərlə bərabər oynaqda şişkinlik də əlavə edilə bilər. Yırtığın olduğu menisk bölgəsinə görə diz oynağında zədələnmədən dərhal və ya bir neçə saat sonra şişkinlik yarana bilər. Yaranmış şişkinlik hərəkət məhdudiyyətinə səbəb olur. Xəstələr dizlərini tam bükə bilməmək, eyni zamanda tam rahatlıqla aça bilməməkdən şikayətlənir. Hərəkətliliyin azalması və ya məhdudlaşdırılması xəstələrdə reabilitasiya dövrünü uzadır. Belə ki, az hərəkətlilik bud və baldır əzələlərinin tonusunun azalması, əzələ kütləsinin atrofiyasını sürətləndirir. Əzələ tonusunun zəifləməsi diz oynağının işinin də zəifləməsinə gətirib çıxardır. Bu da öz növbəsində oynaq kapsuluna və diz oynağının bağlarına neqativ təsir göstərir.
Fizioterapevtik və reabilitasion müalicə yuxarıda sadalananların qarşısının alınmasına köməklik edir, əzələ atrofiyasının qarşısının alınmasına, əzələ tonusunun artırılmasına, ödemin və ağrının azalmasına səbəb olur.
MRT (Maqnit Rezonans Tomoqrafiya) ilə təsdiq edilmiş tam qopmamış, yüngül dərəcəli yırtıqların fizioterapevtik və reabilitoloji müalicə ilə tam bərpası mümkündür!
Meniskopatiyalar zamanı fizioterapevtik müalicələr kompleksinə aşağıdakılar aiddir:
• Ultrasəs müayinə
• Maqnitoterapiya
• Elektrostimulyasiya
• Aeroterapiya
• Elektrofarez
• Qısa dalğa diametriyası
• Yüksək tezlikli lazer terapiyası
• Müalicəvi masaj
• Müalicəvi idman
Menisk travması zamanı fizioterapiya kursunun davametmə müddəti travmanın növündən, pasiyentin yaşından, orqanizmin ümümi vəziyyətindən, yanaşı gedən xəstəliklərdən asılıdır. Müalicə müddəti yaralanmanın şiddətinə əsasən 10-20 gün arası müəyyən edir.