Populyar məqalələr

DƏMİR defistli anemiya nədir ? Hansı həkimə müraciət edilməlidir..?
31.08.2022 1310
Dəmir insan qanının vacib maddələrindən biridir. O, hemoqlobinin yaradılmasında iştirak edir. Hemoqlobin qırmızı qan hüceyrələrinin tərkib hissəsi olaraq, oksigeni orqanizmin bütün toxumalarına çatdırır. Beləliklə dəmir çatışmamazlığı qanın qırmızı hüceyrələrinin azalmasına səbəb olur. Bu da hemoqlabinin səviyyəsinin düşməsinə və toxumaların lazmi miqdarda oksigen ala bilməməsinə gətirib cıxarır. Bu vəziyyətə dəmir defisitli anemiya deyilir.
Dəmir Defisitli Anemiya -dəmirin orqanizmimizə daxil olmasının, mənimsənilməsinin pozulması və ya xəstəliklər səbəbindən itirilməsi nəticəsində hemoqlobinin qanda normal səviyyəsinin azalması deməkdir.
Normada hemoqlobinin qanda səviyyəsi:
Qadınlarda: 120-140 q/l
Kişilərdə: 130-160 q/l
Uşaqlarda: 1-6 yaş - 110 q/l-dən yuxarı
6 yaşdan yuxarı: 120 q/l-dən yuxarı
Əsas əlamətləri
• Süstlük
• Tez yorulma
• Yuxululuq
• Başgicəllənmə
• Dad hissinin qarışması
• Dəri örtüyünün solğunluğu
• Dərinin quruluğu
• Ağız bucaqlarında çatlar
• Dilin selikli qişasının hamarlaşması
• Saçların qırılması və tökülməsi
• Ürək döyünmə hissi və s.
Uşaqlarınızda bəzi əlamətlərə xüsusilə fikir verməlisiniz:
• İştahanın azalması
• Tez tez soyuqlama
• Yaşıdları ilə müqayisədə fiziki,əqli və psixi inkişafdan geri qalma
• İshal, qəbizlik və s.
Müalicə:
Dəmir defisitli anemiya zamanı həkim, qida rasionuna tərkibi dəmirlə zəngin olan ərzaq növlərinin daxil etməyi tövsiyyə edir. Bu, birinci növbədə, ət məhsulları, toyuq əti, yumurta, bütün yarma növləridir. Dəmir həmçinin noxud, lobya, yulaf yarması, qara gavalı, kişmiş, şokolad, qoz, əncir və nar kimi ərzaqlarında tərkibinə daxildir.
Lakin yadda saxlayın ki ,dəmir defisitli anemiyanı yalnız düzgün pəhriz hesabına müalicə etmək mümkün deyil!
Dəmir defisitli anemiyanin müalicəsi dəmir preparatlari ilə aparilir.
Bu dərman vasitələri xəstənin əsaslı müayinəsindən sonra həkim Hematoloq tərəfindən təyin edilməlidir.
Dəmir tərkibli dərmanlari özbaşina qəbul etməyin, əks halda dəmirin qanda miqdarinin artmasi nəticəsində zəhərlənə bilərsiniz!