Populyar məqalələr

Demensiya
23.06.2017 1767

Demensiya (ağlını itirmə) beyin hüceyrələrinin azalmasına səbəb olan xəstəlikdir. Yaş artdıqca bu xəstəliyə tutulma riski artır. Buna görə xəstəlik qocalıqda ağlını itirmə kimi xarakterizə edilir.

Demensiya diqqət, planlaşdırma, düşünmə, danışma kimi funksiyalara təsir etdiyi qədər, insanın davranışları və hisslərinə də təsir edir.

Aşağıda qeyd olunan xəstəliklər zamanı demensiya özünü büruzə verə bilər:

  • Beyin damar xəstəlikləri
  • Xərçəng
  • Daxili xəstəliklər
  • Beynin travma alması
  • Spirtli içki
  • Miningit
  • Bəzi dərmanların istifadəsi
  • Düzgün qidalanmama
  • Psixoloji pozğunluqlar

Müalicəsi dərman preparatları ilə həyata keçirilir. Tam sağalma mümkün olmasa da, xəstəliyin sürətlə inkişafının qarşısı alınır.

Demensiyadan qorunmaq üçün:

  • Sağlam qidalanmalı
  • Siqaret və spirtli içki kimi vərdişlərdən uzaq durmalı
  • Balıqdan hazırlanmış yeməklər yeməli
  • Diabet xəstələri qan şəkərini normada saxlamalı
  • Qan təzyiqini normada saxlamalı
  • Zehni əməklə məşğul olmalı