Populyar məqalələr

Çiyələk
16.09.2017 1170

Bütün dünyada çox yeyilən meyvələrdən olan çiyələk C vitamini ilə zəngindir. Gün ərzində 8 ədəd çiyələk yeməklə insanın gündəlik C vitamini ehtiyacı qarşılanır. İspaniyadakı Salamanca Universitetinin apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, çiyələk yemək LDL xolesterinin səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Xəstəliklərə qarşı mübarizədə vacib olan antioksidantlarla zəngindir. Çiyələk xərçəng xəstəliyinə tutulma riskini azaldır. Ürək və damar xəstəliklərinin inkişafının qarşısını alır.

Çiyələk xroniki və kəskin qəbizlik üçün ən yaxşı vasitələrdən biridir. Tərkibində sümüklərin möhkəmliyi üçün vacib faktor olan manqanez mineralı vardır.