Populyar məqalələr

"Bu istilərə dözə bilmirəm" deyirsinizsə....
08.06.2016 1757

Həddindən çox isti hava şəraiti hər birimizi narahat edir. Hələ ürək-damar xəstələrinə gəlincə, onlar üçün bu hava şəraiti bəzən həyati təhlükə daşıyır. Bəli ürəyimiz istini heç sevmir. Buna görə, həddindən artıq isti havalarda, xüsusilə də ürək-damar xəstəliyi olan insanlar, günün qızmar vaxtında bayırda tədbirsiz keçirdikləri vaxt ərzində gün vurması ilə qarşılaşa bilərlər.

Bu xoşagəlməz hallarla qarşılaşmamaq üçün:

  • Əgər olduğunuz yerdə, kondisioner yoxdursa, əllərinizi, üzünüzü, belinizi tez-tez isladın, üzünüzü yuyun, duş alın.
  • Bayırda işləriniz varsa, ya səhər tezdən və ya axşamüstü həll etməyə çalışın.
  • Əgər günün qızmar saatlarında bayırda olmaq məcburiyyətisinizsə, o zaman kondisioner olan yerlərə gedin, bir-iki saatlıq belə olsa soyuq məkanda vaxt keçirin ki, bədəniniz öz termostat sisteminə kömək edə bilsin, soyusun.
  • Əgər açıq havada işləmək məcburiyyətindəsinizsə, o zaman hər 1 saatda 2 stəkan su için. Suyu susamadan için. İdmanla məşğul olanlarda suyun miqdarı da daha çox da ola bilər.
  • Daha çox təmiz su və ya təbii meyvə şirələri içilməlidir. Çay və qəhvə, əksinə bədən suyunun azalmasına səbəb olur. Spirtli içkilər isə yalnız axşam, çox az miqdarda içilə bilər.

Bəzi xəstələrə tibbi səbəblərdən dolayı su içilməsində məhdudiyyət qoyula bilər. Məsələn: böyrək çatışmazlığı olanlara. Eyni zamanda unutmayaq ki, ürək çatışmazlığı olan pasientlər də həddindən çox su içməməlidirlər. Əgər sizin qidalanmanızda duz məhdudiyyəti yoxdursa, yeməklərinizə normasında duz əlavə edərək, tərlə itirdiyiniz mineralları geri qazana bilərsiniz.

Havalar həddindən artıq isti keçən zaman, ətrafınızda, qonşuluqda, yaşlı, xəstə və tək yaşayan insanlar varsa, onları ara-sıra ziyarət edin. Uşaqları və körpələri qapalı avtoparklarda, özbaşına qoymayın. Eyni zamanda ev heyvanlarınızı da maşınınız da qapalı vəziyyətdə qoymayın.