Populyar məqalələr

Bradikardiya
19.07.2017 1751

Bradikardiya yunan dilində “yavaş döyünən ürək” deməkdir. Nəbzin dəqiqədə 60-dan aşağı olduğu zaman bradikardiya olaraq dəyərləndirilir. Orqanizmə və yaşa uyğun olaraq bu say dəyişə bilər.

Bradikardiyanın əlamətləri nəbz 40-dan aşağı düşdükdə ciddi şəkildə özünü büruzə verir, hətta həyati təhlükə yarana bilər.

Bradikardiyanın əlamətləri aşağıdakılardır:

  • Halsızlıq
  • Baş dönməsi
  • Nəfəs çatışmazlığı
  • Sinə nahiyəsində yüngül ağrı
  • Əzələdə spazm
  • Soyuq tərləmə

Bradikardiyanın yaranmasına yaşlılıq, genetik problemlər, ürək tutması,ürəkdən çıxan arteriyalarda tıxanıqlıq, hipotiroidizm, iltihablı xəstəliklər səbəb olur.

Ciddi əlamətlərlə özünü büruzə verən brakardiyanın müalicəsində kardiostimulyatordan istifadə edilir.