BÖYRƏK SANCISI – sidik axınının qəflətən pozulması, ləyəndaxili təzyiqin yüksəlməsi nəticəsində baş verən kəskin ağrı tutmasıdır. Bel nahiyəsində yaranaraq, sidik axarı boyunca aşağıya doğru yayılan tutmaşəkilli güclü ağrılar, tezləşmiş sidik ifrazı, ürəkbulanma və qusma, psixomotor oyanma ilə xarakterizə olunur.
Böyrək sancısının yaranma səbəbləri
Sidik yollarının tutulması və ya xaricdən sıxılması ilə əlaqədar sidiyin böyrəkdən axınının qəflətən pozulması böyrək sancısına səbəb olur. Belə vəziyyətlər sidik axarı əzələlərinin reflektor olaraq spastik yığılması, ləyən daxilində hidrostatik təzyiqin yüksəlməsi, venoz staz, böyrək parenximasının ödemi və onun fibroz kapsulunun gərilməsi ilə müşayiət edilir. Hissi reseptorların qıcıqlanması nəticəsində ifadəli ağrı sindromu meydana çıxır.
Böyrək sancısının səbəbləri:
• Sidiyin böyrək ləyənindən və ya sidik axarından axınına mane olan mexaniki maneələr.
• Sidik axarının əyilməsi və ya burulması.
• Sidik yollarının xaricdən sıxılması.
• İltihabi xəstəliklər.
• Damar patologiyaları.
• Böyrəyin anadangəlmə anomaliyaları və s.
Böyrək sancısı termoprosedurlar, spazmolitik, analgetik, novokain blokadasının köməyilə aradan qaldırılır. Tutmanın səbəbini aydınlaşdırmaq üçün sidik analizi, venadaxili uroqrafiya, xromosistoskopiya, böyrəklərin USM, KT aparılır.
Sizi böyrək sancısı narahat edirsə, müayinə üçün Həkim Uroloq-Androloq Uzm.Dr. Zamin Həşimova müraciət edə bilərsiniz.
Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)