Populyar məqalələr

Blefarit
24.08.2017 1546

Blefarit göz qapaqlarının iltihablaşmasıdır. Blefarit əsasən göz qapalarının kirpiklərin olduğu nahiyədə yaranır. Blefarit əsasən müalicəsi çətin olan xəstəlikdir. Blefarit narahatlıq hiss versə də, görmə qabiliyyətinə mənfi təsir etməz.

Blefaritin əlamətləri:

  • Gözlərin sulanması
  • Gözlərin qızarması
  • Gözün yanması
  • Gözqapağının qaşınması
  • Göz qapağının şişməsi və qızarması
  • Gözün işığa həssaslığı
  • Anormal böyüyən kirpiklər
  • Kirpiklərin tökülməsi
  • Kirpik ətrafındakı dərinin qabıq qoyması

Blefaritin yaranma səbəbi məlum deyil. Aşağıdakı səbəblərə bağlı olaraq inkişaf edə bilər:

  • Seboreik dermatit
  • İnfeksiya
  • göz qapaqlarında yağ vəzlərinin tıxanıqlığı
  • dərmanlara, makiyaj vasitələrinə qarşı allergik reaksiya

Diaqnoz həkim müayinəsi və analiz vasitəsilə təyin edilir. Müalicəsi həkim təyin etdiyi dərmanlarla aparılır.