Xəbərlər

Biorevitalizasiya nədir?
03.03.2022 2960

Biorevitalizasiya nədir? Bu cavanlaşdırıcı prosedur, dəri altına hialuron turşusunun yeridilməsinə əsaslanır. Preparatlar nazik iynə ilə nöqtəvi şəkildə vurulur, nəticədə dəridəki qocalma prosesləri ləngiyir. Qırışlar hamarlanır, dərinin rəngi və turqoru bərpa olunur. Hialuron turşusu kollagen və elastin sintezini stimulə edir. Bu maddələr isə dərinin təravətli olmasına və sağlam şəkildə parıldamasına təsir göstərir.

Biorevitalizasiyanın üstünlükləri hansılardır?
•Prosedur zamanı nazik iynələrdən istifadə olunduğundan ağrı demək olar ki, hiss edilmir;
•Yüksək effektə malikdir: dərinin quruluğu aradan qalxır, qırışlar itir, toxumalar dartılır, üzün rəngi yaxşılaşır, piqment ləkələrin qarşısı alınır;
•Nəticə ilk prosedurdan bilinir;
•Bərpa dövrü minimaldır;

Biorevitalizasiyanın effekti nə zaman bilinir?
•Nəticə birinci prosedurdan sonra aydın şəkildə nəzərə çarpır:
•Dəri dərindən nəmlənir;
•Üzün rəngi yaxşılaşır, elastiklik bərpa olunur;
•Gözaltı qaralar, piqment ləkələri itir;
•Sızanaq və postakne aradan qalxır;
•Məsamələr daralır;
•Çapıqlar sorulur.

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)